15:23 - 11.01.2023
11 yanvar, Fineko/abc.az. Dünyanın ən məşhur gəmi ilə yük daşıma şirkətlərindən biri olan, Tayvanın “Evergreen Marine Corporation” şirkəti özünün bəzi əməkdaşlarına 2022-ci ildə böyük məbləğdə bonus ödəyib.
ABC.AZ xəbər verir ki, şirkətin bəzi əməkdaşlara ödədiyüi bonusun məbləği aylıq əmək haqqının 50 mislinə çatıb.
Belə böyük məbləğlər onunla bağlıdır ki, son 2 ildə gəmi ilə yük daşımalarda güclü artım var, dəniz daşımaları artıb və gəmilərin icarəsinə də böyük maraq müşahidə olunur.
2022-ci ildə “Evergreen Marine Corporation”un illik gəliri rekord həddə 20,7 milyard dollara çata bilər – müqayisə üçsün bildirək ki, bu təqribən Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinin gəlirlərinə bərabərdir.
Yeni il münasibətilə ödənilən bonus hesablananda işçinin 4 illik əmək haqqı məbləği yazılıb. Bonusun konkret məbləği işçinin aylıq əmək haqqından və gəlirlərindən asılı olaraq hesablanıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026