Azərbaycan 2018-ci il dövlət büdcəsinə düzəliş edir

11:04 - 13.06.2018


13 iyun, Fineko/abc.az. 2018-ci il dövlət büdcəsinə düzəlişlər layihəsi Azərbaycan Parlamentinə təqdim olunub.

Maliyyə Nazirliyinin məlumatında deyilir ki, düzəlişlər layihəsi  ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin qorunması və təhlükəsizliyinin təmin edilməsi, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələri, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya sahələrində layihələrin  təmin edilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinin  zəruriliyi ilə əlaqədar hazırlanmışdır.

“Düzəlişlər layihəsi Nazirlər Kabineti və Prezident Administrasiyası tərəfindən təsdiqlənib və baxılması üçün parlamentə təqdim olunub”, - məlumatda belə deyilir.