“Apple” və “Tesla"nın səhmləri kəskin ucuzlaşıb

16:34 - 28.12.2022


28 dekabr, Fineko/abc.az. Amerikanın “Apple” və “Tesla” kompaniyalarının səhmləri Çindən komponentlərin tədarükü ilə bağlı problemlər səbəbindən kəskin ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə BBC teleradio kompaniyası məlumat yayıb.

Məlumata görə, “Tesla”nın səhmlərinin qiyməti 2021-ci ilin noyabrında qeydə alınan maksimim göstərici ilə müqayisədə 73 faiz ucuzlaşaraq 109 dollara enib.

“Apple” kompaniyasının səhmləri isə 130 dollaradək enib ki, bu da 2021-ci ilin iyunundan bəri ən aşağı göstəricidir.

Koronavirusa qarşı “sıfır dözümlülük” siyasəti və sərt karantin səbəbindən Çindəki istehsalı lazımi səviyyədə saxlaya bilməyən kompaniyalar məhdudiyyətlərin bir çoxu aradan qalxdıqdan sonra indi də kadr böhranı ilə üzləşib.