12:17 - 22.12.2022
22 dekabr, Fineko/abc.az. Dünyanın ən böyük elektron ticarət şirkəti olan “Amazon”un səhmləri və bazar dəyəri iyul ayından indiyədək 1 trilyon dollardan çox aşağı düşüb.
ABC.AZ xəbər verir ki, 2021-ci ilin iyulunda bazar dəyəri 1,88 trilyon dollar olan şirkətin səhmləri ucuzlaşdıqca bazar dəyəri də aşağı düşüb və 2022-ci ildə ən yüksək hədd olaraq 1,68 trilyon dollar olub. Bundan sonra ucuzlaşma sürətlənib və dekabrın 22-də “Amazon”un bazar dəyəri 885 milyard dollara enib.
Şirkətin səhmlərinin qiyməti isə 2021-ci ilin iyulundakı maksimum hədd olaraq 187 dollardan bu gün 86 dollara enib.
Azalmaya səbəb son dövrlər şirkətin gəlir və mənfəət göstəricilərinin aşağı düşməsi olub. Sonnucu dəfə belə ucuzlaşma 2022-ci ilin 3-cü rübünün nəticələri ilə bağlı hesabatdan sonra baş vermişdi.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026