17:25 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı açıqlanıb.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, burada orta maaş 599 manata çatıb.
Qeyd edək ki, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.5% çoxdur.