Son 4 ildə 400 mindən çox vətəndaş işlə təmin edilib

11:31 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Dekabrın 21-də Bakıda "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumu keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə bir sıra məsələlərə toxunulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, son 4 ildə 400 mindən çox vətəndaş işlə təmin edilib. O bildirib ki, ictimai işlər 109 mindən çox vətəndaşı əhatə edib:

"60 mindən çox şəxsə kiçik və mikro biznes yaradılması üçün imkan verilib. Bundan başqa, son 3 ildə 4 milyondan çox vətəndaşımıza sosial paketlər çərçivəsində dəstək verilib. Əmək müqavilələrinin sayı 400 min ədəd (33 faiz) artıb. Bu gün muzdlu işçilər arasında ixtisaslı kadrların sayı azdır. İxtisaslı işçilərin sayının artırılması əsas hədəfimizdir."