12:20 - 11.06.2018
11 iyun, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “Azərkosmos” ASC-nin rəhbərliyində yeni təyinatlar haqqında sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, Dunay Bədirxanov və Rövşən Rüstəmov “Azərkosmos” ASC-nin sədr müavinləri vəzifələrinə təyin ediliblər.
“Azərkosmos” Azərbaycanda peyk operatoru və Qafqaz regionunda ilk peyk operatorudur. O, Azərbaycan hökumətinin idarəsi altındadır.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026