11:48 - 6.12.2022
6 dekabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yanvarın 6-da yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
ABC.AZ Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən xəbər verir ki, hərracda 8 lot üzrə Salyan rayonu “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq. Lotların başlanğıc qiymətləri 60 850 manat - 121 700 manat civarındadır.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026