Türkiyədə 1 ayda işsizlik nə qədər artıb?

12:33 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Türkiyə Statistika Komitəsi (TÜİK) sentyabr ayı üzrə işsizlik məlumatlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, ölkədə işsizlik nisbəti 0,3 bənd artaraq 10,1% olub. Gənclər arasında işsizlik səviyyəsi də artıb.

Beləliklə, 4 ildən sonra ilk dəfə avqust ayında 9,8%-ə düşən işsizlik nisbəti sentyabrda yenidən ikirəqəmli səviyyəyə qayıdıb.

TÜİK-in məlumatına görə, yaşı 15 və daha yuxarı olan işsizlərin sayı sentyabr ayında əvvəlki ayla müqayisədə 120 min nəfər artaraq 3 milyon 482 min nəfərə çatıb.

İşsizlik nisbəti kişilər üzrə 8,8%, qadınlar üzrə 12,8% təşkil edib.

Sentyabrda məşğul olanların sayı əvvəlki ayla müqayisədə 54 min nəfər azalaraq 30 milyon 867 min nəfər, məşğulluq nisbəti isə 0,1 faiz bəndi azalaraq 47,6 faiz olub.

Bu nisbət kişilərdə 65 faiz olduğu halda, qadınlarda 30,6 faiz təşkil edib.