10:00 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. “Sovetski”də köçürülmə işlərinin üçüncü mərhələsinə bir sıra məsələlər araşdırıldıqdan sonra başlanılacaq.
ABC.AZ xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.
“Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq”, - deyə icra başçısı əlavə edib.
Qeyd edək ki, 2014-2019-cu illərdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən 6 mindən çox ailə köçürülüb.