12:08 - 3.11.2022
3 noyabr, Fineko/abc.az. "Son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 1,6% azalma, 60 yaş üzərində əhalinin sayında 65% artım qeydə alınıb".
ABC.AZ xəbər verir ki, bunu iqtiadçı Rövşən Ağayev deyib.
O bildirib ki, bu, əhalinin sürətli demoqrafik qocalmasını aşkar göstərən mühüm faktdır.
"Yeri gəlmişkən, BMT-nin proqnozlarına görə, 2050-ci ilədək bir sıra inkişaf etmiş ölkələrdə ahıl əhalinin xüsusi çəkisi 50%-i ötəcək. Yaxın 100 illikdə dünya üçün qlobal iqlim dəyişikliyindən daha ciddi problem əhalinin sürətli qocalmasıdır", - deyə iqtisadçı qeyd edib.
10 Avqust 2026