Növbəti il DSMF-nin cəmi xərcləri 6 milyard manatdan çox proqnozlaşdırılır

17:33 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi növbəti ildən Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard 907,2 milyon manat ayrılması nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə dərc edilən rəyində deyilir.

Xərclər gəlirlərə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Qeyd edilib ki, ümumilikdə, növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.