Twitter bir xidmətini pullu edəcək - Detallar

12:30 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. Twitter sosial şəbəkəsi doğrulanmış (mavi işarə ilə rəsmi olaraq təsdiqlənmiş) səhifədən istifadəni ödənişli edəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Twitter Blue" aylıq abunə haqqını ödəmiş istifadəçilər üçün mümkün olacaq.

Qiymətin aylıq 4,99 dollardan 19,99 dollaradək olacağı bildirilir. İstifadəçilər bu abunəni 90 gün ərzində ödəməlidirlər, əks halda onların səhifəsində mavi işarə yox olacaq.

Nəşrin məlumatına görə, Mask işçilərə, noyabrın 7-dək yeni ödənişli abunəni həyata keçirə bilməsələr işdən çıxarılacaqlarını da bildirib.

Bundan əvvəl Mask nəhayət sosial şəbəkəni almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.