10:01 - 31.10.2022
31 oktyabr, Fineko/abc.az. "Bloomberg” dünyanın ən zəngin ailələri siyahısını açıqlayıb.
ABC.AZ xəbər verir ki, artıq dördüncü ildir ki, dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi "Walmart”ın sahibi olan Uolton ailəsi bu siyahıya başçılıq edir.
Ailənin sərvəti nə az, nə çox 224,5 milyard dollar qiymətləndirilir. Bu da il ərzində 13,7 milyard dollar azalması deməkdir.
Şirkətin baş ofisi ABŞ-ın Arkanzas ştatının Bentonvil şəhərində yerləşir, şirkətin gəliri 573 milyard dollardır. Şəbəkənin səhmlərinin 47%-i Uolton ailəsinə məxsusdur.
Ən zəngin ailələr siyahısına həmçinin aşağıdakılar daxildir:
Mars ailəsi, qənnadı məmulatları və uzun saxlanılma müddətli qida istehsalçısının sahibləri — 160 milyard dollar (cari il üçün +18 milyard dollar);
ABŞ-ın "Koch Industrues” neft-kimya korporasiyasının sahibləri olan Kox ailəsi — 124,4 milyard dollar (+4,4 milyard dollar);
Səudiyyə kral ailəsi Əl Səud - 105 milyard dollar (+5 milyard dollar);
Fransanın "Hermes” moda evinin sahibləri olan Erme ailəsi — 94,6 milyard dollar (-17 milyard dollar);
Hindistanın "Reliance Industries” neft hasilatı və emalı holdinqinin sahibləri olan Ambani ailəsi — 84,6 milyard dollar (-9,1 milyard dollar);
"Chanel” fransız moda evinin sahibi olan Verhaymer ailəsi — 79 milyard dollar (+17,2 milyard dollar);
"Cargill” kənd təsərrüfatı şirkətinin sahibləri olan Kargill ailəsi - 65,2 milyard dollar.
10 Avqust 2026