Azərbaycanda pul kütləsi azalıb

15:11 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 may 2018-ci il tarixinə pul kütləsinin məbləğini açıqlayıb.

Mərkəzi Bankdan xəbər verilir ki, 1 may tarixinə pul kütləsi 8413,0 milyon manat təşkil edib.

1 aprel tarixində pul kütləsi 9471,0 milyon manat,  martın 1-də 9180,6 milyon manat, fevralın 1-də 8761,8 milyon manat, yanvarın 1-də isə 8543,2 milyon manat təşkil etmişdir