12:07 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. Son bir ildə “Azərsu” ASC abunəçilərinin sayı 68,6 min və ya 4,1 faiz artıb.
Bu barədə ABC.AZ “Azərsu”ASC-nin məlumatına istinadla xəbər verir.
Qeyd olunur ki, oktyabrın 1-nə ölkə üzrə 1 milyon 731 min 949 abonent içməli və tullantı su xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Onların 1 milyon 664 min 114-nü və ya 96,1 faizini əhali, 67 min 835-ni və ya 3,9 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 65,2 min və ya 4,1 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 3,4 min və ya 5,3 faiz artıb.
Hazırda içməli və tullantı su xidmətlərindən istifadə edən abonentlərin 88,7 faizi sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abonentləri üzrə 88,4 faiz, qeyri-əhali qrupu üzrə isə 96 faizdir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026