11:35 - 24.10.2017
Azərbaycanın milli su operatoru “Azersu” ASC su təchizatında fasilələrin olacağını elan edib.
ASC-dən verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar, gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.