14:41 - 12.10.2022
12 oktyabr, Fineko/abc.az. "Facebook" istifadəçiləri, məşhur bloqerlər hazırda izləyicilərinin dünənə nisbətdə kəskin şəkildə azalmasından şikayətlənirlər.
ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın aparıcı KİV-i də bu problemlə qarşılaşıblar.
Belə ki, “USA Today” nəşri feysbuk səhifəsindən təxminən 25 min, “The New York Times” təxminən 11 min, “New York Post” 12 500, “Washington Post” isə təxminən 10 min izləyici itirib.
“Newsweek” nəşri isə bunu "Facebook" sosial şəbəkəsinin bot hesabları silməsi ilə əlaqələndirib.
Bu arada “Meta” şirkətinin rəhbərinin rəsmi hesabında da izləyicilərin sayı kəskin azalıb. Belə ki, əgər ötən günə qədər Mark Zukerberqin "Facebook" hesabını 119 milyon insan izləyirdisə, hazırda bu göstərici cəmi 9 996 nəfərdir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026