16:40 - 26.09.2022
26 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin edilib.
Qurumdan ABC.AZ-a verilən məlumata görə, ASCO-nun Hüquq departamentinin rəisi Zaur Nağıyev və Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyevə sədr müavinləri vəzifəsi həvalə olunub.
Qeyd edək ki, Z. Nağıyev 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi vəzifəsində çalışmaqla bərabər, ADA Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət Dəniz Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.
T. Mirzəyev 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Strateji inkişaf və investisiya layihələri departamentində aparıcı iqtisadçı, daha sonra departement rəisinin müavini və departament rəisi kimi fəaliyyətini davam etdirib.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026