15:19 - 23.09.2022
23 sentyabr, Fineko/abc.az. Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) ittiham ediblər.
ABC.AZ xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV-də yayımlanan “Əsas məsələ” verilişi ilə bağlı status paylaşıb.
Paylaşımda qeyd olunur: “Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”
10 Avqust 2026
10 Avqust 2026