15:35 - 16.09.2022
16 sentyabr, Fineko/abc.az. Azərbaycan beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında fəaliyyətini bundan sonra da davam etdirəcək.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatında çıxışı zamanı deyib.
"2019-cu ildən bəri Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimizin yekdilliklə 2023-cü ilə qədər daha bir il uzadılması ölkəmizə hörmət və etimadın göstəricisidir". – dövlət başçısı əlavə edib.