Bu şirkət mühasib axtarır - 2000 manat maaş verilir

16:56 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. "Caspian Road" şirkəti Baş Mühasib vakansiyası elan edib.

ABC.AZ xəbər verir ki, vakansiyanın son tarixi 05 okt 2022-ci ilə qədərdir.

Bakalavr və ya magistr pilləsinin olması,  maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi və riyaziyyatı mükəmməl bilənlərə daha çox üstünlük veriləcək.

Namizədə olan əsas tələblərdən biri də iş təcrübəsinin olmasıdır. Belə ki, vakansiyaya müraciət edənlərin minimum 3-5 illik təcrübəsi vacibdir. Əmək haqqı: 1500-2000 AZN-dir.

Yalnız Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni elektron ünvana təqdim edə bilərlər. - [email protected].