Uzun müddətdən sonra bu yol təmir edilir

14:26 - 30.08.2022


30 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda tikinti işlərinə başlayıb.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, uzunluğu 3,21 kilometr, eni 12 metr olan yolda hazırda yeni səki daşlarının düzülməsi üçün hazırlıq işləri aparılır.

Təmir-tikinti işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasən deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri görüləcək.

Qeyd edək ki, 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.