10:46 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Azərbaycanda ən aşağı əmək haqqı ilə işçi cəlb etməyə çalışan şirkətlərin adları məlum olub.
ABC.AZ xəbər verir ki, sözügedən şirkətlərin adları yerli mətbuatda dərc edilib.
Bildirilib ki, bəzi şirkətlər ölkə üzrə ən aşağı – minimum əmək haqqı sayılan 300 manat məbləğə əməkdaşlır cəlb etməyə çalışırlar.
Halbuki, qanunvericiliyə görə, bu məbləğdə əmək haqqı heç bir təhsili olmayan və sırf texniki işləri həyata keçirən əməkdaşlara verilməlidir.
Maraqlıdır ki, cüzi maaşla işə əməkdaş cəlb etməyə çalışan şirkətlər arasında ölkədə onlarda mağazası olan ticarət şəbəkələri, maliyyə xidmətləri göstərən və kifayət qədər gəlirləri olan şirkətlər də var.
Bunlar "City Finance BOKT", "Bizim Market", "Radius", "Implant Dent", "Libraff", "Ferrum Capital", "Restaurants by Emin Agalarov", "Soliton", "Optimal Elektronika", "BOA agentliyi", "MKT İstehsalat Kommersiya" MMC və başqalarıdır.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026