10:12 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycana rəsmi səfər edəcək.
ABC.AZ xəbər verir ki, səfər Prezident İlham Əliyevin dəvəti ilə həyata keçiriləcək. Hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir, bunun nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026