12:30 - 23.08.2022
23 avqust, Fineko/abc.az. “Hazırda məktəblərdə 6 saat dərs deyən müəllimlərimiz var. Bu yalnız 4439 müəllimi təşkil edir. Onlar cəmi 150 manat maaş alırlar. Lakin həftədə 6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır”.
ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, əksər - 100 mindən artıq müəllimin 12 saat və ondan çox dərs saatı var:
“Ümumtəhsil məktəblərində ümumən 140 minə yaxın müəllim dərs deyir. 18-24 saatdan çox dərs deyən müəllimlərin ortalama əməkhaqqı min manatı keçir. Biz istəyirik ki, savadlı müəllimlərimizin əməkhaqqısı daha çox olsun”.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026