14:02 - 16.08.2022
16 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 16-da bir neçə ölkənin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edib.
ABC.AZ xəbər verir ki, Prezident Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun, İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun, Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin və Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib.