16:47 - 23.05.2018
23 may, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edir.
Agentliyin təqdim etdiyi xəbərə əsasən, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində təmir işlər aparılır.
“Bununla bağlı, sabah gün ərzində sözügedən sahədə hərəkət məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur”, - məlumatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026