12:12 - 15.07.2022
15 iyul, Fineko/abc.az. ABŞ Nümayəndələr Palatası F-16-nın Türkiyəyə satışını şərtləndirən müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyəti Aktına (NDAA) əlavə edilməsi ilə razılaşıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Pentaqonun 2023-cü il büdcəsini özündə əks etdirən NDAA qanun layihəsinə əlavələri nəzərdən keçirir.
Belə ki, millət vəkili Demokrat Kris Pappas tərəfindən ABŞ-ın Türkiyəyə F-16-ların satışını şərtləndirən sənəd 179 əleyhinə 244 səslə qəbul edilib.