16:02 - 14.07.2022
14 iyul, Fineko/abc.az. “Bura hazır parkdır. Xərc çəkib ağac əkmək lazım deyil, 30-40 ilin şam ağacları var. Sadəcə qulluq lazımdır, amma baxan yoxdur”.
ABC.AZ xəbər verir ki, bu şikayətlə Yasamal rayon sakinləri müraciət edib.
Sakinlər bildirirlər ki, Yasamal rayonu, Bakı dairəvi yolunun kənarında yerləşən yaşıllıq zolağı baxımsızlıqdan tamamilə məhv olub gedir: “Bu park 80-90-cı illərdə salınıb. Baxırsan ki, hazır parkdır. MİDA-nın sosial evlərini tikəndə buranı yenidən park edəcəklərini desələr də, heç bir iş görülmədi. Hazırda Bakıda ağac əkib, bitirə bilməyən aidiyyəti qurumlar hazır yaşıllığı da qorumurlar. Bunlar 30-40 ilin hazır şam ağaclarıdır. Niyə məhv olub getməlidir ki?”. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazi özəl təşkilata məxsus yerdir: “Buna baxmayaraq, biz mütəmadi olaraq orada iməcilik işləri təşkil edirik və ərazi təmizlənir. Hazırda buranın suvarılmaya ehtiyacı var. Bu əraziyə böyük su xətti çəkilməlidir. Çünki orada su təchizatı yoxdur”.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026