15:46 - 14.07.2022
14 iyul, Fineko/abc.az. Serbiya 2023-cü ildə tələb olunan qaz miqdarının 40%-ə qədərini Rusiyadan deyil, digər təchizatçılardan ala biləcək.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini Zorana Mixayloviç deyib.
O daha sonra sözlərinə belə davam edib: "Gələn il biz qazın ən azı 30-40%-ni digər tədarükçülərdən ala biləcəyik və biz artıq Azərbaycanın Energetika Nazirliyi ilə danışıqlar aparırıq. Serbiya 2023-cü ilin sentyabrında Niş-Dimitrovqrad qaz kəmərinin tikintisini başa çatdıracaq, bu kəmər vasitəsilə Serbiyaya digər təchizatçılardan, ilk növbədə Azərbaycandan və Yunanıstandakı LNG terminalından qaz nəql oluna bilər". Mixayloviç vurğulayıb ki, hazırda dövlət kifayət qədər qazın verilməsi üçün hər şeyi edir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026