17:17 - 8.07.2022
8 iyul, Fineko/abc.az. “Gələcəkdə mənzil seçimi sisteminə müdaxilələrin qarşısını almaq üçün yeni təhlükəsizlik tədbirləri tətbiq edəcəyik”.
ABC.AZ xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Fərman Qurbanlı bildirib. O bildirib ki, həm demo versiya, həm də seçim forması istifadəçiləri üçün təqdim olunacaq.
Fərman Qurbanlı qeyd edib ki, yeni təhlükəsizlik sistemləri tətbiq ediləcək: "Sistemi elə hala gətirmək istəyirik ki, artıq demo versiya vasitəsilə hansısa proqramçılar seçimi sürətləndirmək üçün proqram təminatları hazırlaya və uyğunlaşdıra bilməsinlər".
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026