16:41 - 8.07.2022
8 iyul, Fineko/abc.az. “Azərsu” ASC Qurban Bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
ABC.AZ-ın səhmdar cəmiyyətinə istinadən verdiyi məlumata görə, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026