15:00 - 24.06.2022
24 iyun, Fineko/abc.az. Sosial şəbəkədə Qəbələ rayonunda yerləşən Nohurgölün daşması ilə bağlı görüntü yayılıb.
ABC.AZ xəbər verir ki, videodan aydın olur ki, göl daşaraq yaxınlıqdakı istirahət zonasını basıb. Uşaq əyləncə yerləri, attraksionlar, oturacaqlar tamamilə suyun altında qalıb.
Hadisə ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq sular çəkilib və ərazidə heç bir problem yoxdur.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026