14:54 - 21.05.2018
21 may, Fineko/abc.az. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüşü olub.
Görüş, təkbətək formatında keçirilib.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin təkbətək görüşündən sonra nümayəndə heyətləri ilə geniş tərkibli görüş keçirilib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026