17:09 - 16.06.2022
16 iyun, Fineko/abc.az. Paytaxtımız altıncı dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi etdi. Təkcə yarış həftəsonunda Bakı yarışı barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.
Bakı Şəhər Halqasından ABC.AZ-a verilən məlumata görə, qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.
Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran Prisi sosial mediada da gündəmdə olub.
Təkcə Formula 1-in Youtube kanalında Bakı yarışı haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçibr. Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.
Ötən il 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələyib.
Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür ki, yayımlanır. Beşinci mövsümün üçün çəkilişi üçün yaradıcı qrup Bakı yarışını lentə aldı. Qeyd edək ki, bu platformanın qlobal olaraq 221.64 milyon abunəçisi var.
10 Avqust 2026