15:13 - 8.06.2022
8 iyun, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması" ilə bağlı keçirilən tenderi yekunlaşdırıb.
ABC.AZ xəbər verir ki, qalib şirkət "İnşaat Servis-2" MMC-dir.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi qalib şirkət ilə məbləği 2 milyon manat olan müqavilə imzalayıb.