"Lamborghini" şirkətinin "Urus" modelini Azərbaycandan kim alıb? – Foto

14:39 - 8.06.2022


8 iyun, Fineko/abc.az.  "Lamborghini" şirkəti "Urus" modelinin 20 000-ci nüsxəsini buraxıb.

ABC.AZ Valyuata.az-a istinadən xəbər verir ki, avtomobil Azərbaycandan olan müştəriyə göndərilib. "Urus" hazırda "Lamborghini" brendinin ən çox satılan modelidir.

2021-ci ildə 8 405 ədəd "Lamborghini" satılıb, bunun 60%-i "Urus" modelinin payına düşür.

Azərbaycana satılan "Urus"a gəlincə, avtomobil panoram formalı dam örtüyünə malikdir və "Viola Mithras" rəngindədir. Azərbaycanlı alıcının adı açıqlanmır.