12:04 - 17.05.2018
17 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,46 dollar (0,58%) enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,82 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti 1,52 dollar yüksələrək 79,57 dollar təşkil etmişdir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin qiyməti 0,78 dollar yüksələrək 71,77 dollar/barelə təşkil etmişdir. Brent markalı marka və WTI neft markası arasındakı qiymət fərqi hazırda 7,8 dollar / bareldir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026