"Formula-1” yarışları ilə əlaqədar metro istifadəçilərinin sayı artıb

14:32 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Hazırda Bakı metrosunda 315 vaqon və 63 qatar var ki, onlardan 19-u yeni nəsil qatarlarıdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum sözçüsü bildirib ki, “Bakı Metropoliteni”ndə hazırda sərnişin axınının artmasının monitorinqini aparır.

Qeyd edək ki, iyunun 10-12-si tarixlərində Bakıda keçiriləcək "Formula-1” yarışları ilə əlaqədar olaraq paytaxtın bəzi yolları bağlanıb. Bu səbəbdən də ictimai nəqliyyatdan, xüsusilə də metrodan istifadə edən sərnişinlərin sayı artıb.

Hazırda metropoliten xətlərində hərəkət 30 qatar cütü ilə təşkil edilir. Amma yay rejimində sərnişinlərin azalması ilə qatar cütlərinin sayı 20-yə qədər azaldılır.