İrəvanda piketlər dayanmır - Etirazçılar bu dəfə Avropa İttifaqı qarşısına toplaşdı

14:23 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Ermənistan müxalifətinin nümayəndələri Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar avropalı məmurların ölkə polisinin aksiyalar zamanı nümayiş etdirdikləri davranışa biganə qalmalarına öz etirazlarını bildirib.

Qeyd edək ki, artıq bir neçə aydır ki, Ermənistanda Baş nazir Nikol Paşinyan və cari hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.