Türkiyə ilə Ukrayna anlaşdı - Ankara taxılı endirimlə alacaq

11:17 - 7.06.2022


7 iyun, Fineko/abc.az. Türkiyə Ukraynadan taxılı 25%-dən çox endirimlə alacaq.

ABC.AZ xəbər veri ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri Vahit Kirişçi bildirib.

O qeyd edib ki, Ankara Ukrayna limanlarından taxıl ixracının qarşısının alınması üçün fəal diplomatik səylər göstərir.

"Ukrayna ilə taxılın 25%-dən çox endirimlə alınması ilə bağlı razılıq əldə olunub. Bununla belə, onlar təhlükəsizlik və məhsulların ixracı baxımından dilemma ilə üzləşiblər və Türkiyənin bu prosesdə arbitr kimi çıxış etməsini istəyirlər. Həm Rusiya, həm də Ukrayna bizə güvənir”.

Onun sözlərinə görə, bu həftə Türkiyədə Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına həsr olunmuş iki mühüm görüş keçiriləcək. Onlardan biri İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna taxılının dəniz yolu ilə daşınması üçün müşahidə mərkəzinin yaradılmasına həsr olunacaq.