12:15 - 6.06.2022
6 iyun, Fineko/abc.az. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026