Yaponiya şirkətlərinin avtomobil istehsalı bu qədər azalıb

10:47 - 6.06.2022


6 iyun, Fineko/abc.az. Yaponiya şirkətlərinin cəmi avtomobil istehsalı aprel ayında 20 faiz azalıb.

ABC.AZ xəbər verir ki, azalmaya səbəb avtomobil şirkətlərindəki problemlər, yarımkeçirici çip çatışmazlığı və "Covid-19"un yaratdığı tədarük problemləri istehsala mənfi təsir göstərir.

Yapon avtomobil istehsalçılarının 2022-ci ilin aprel ayında dünya üzrə ümumi avtomobil istehsalı 2021-ci ilin aprel ayı ilə müqayisədə 20,1 faiz azalaraq 1,66 milyon ədədə düşüb.

Qlobal avtomobil istehsalı Honda-da 54,2 faiz, Mazda-da 49,9 faiz, Nissan-da 26,5 faiz və Toyota-da 9,1 faiz azalıb.

Digər tərəfdən, eyni dövrdə qlobal avtomobil istehsalı Subaru-da 63,3 faiz, Daihatsu-da isə 4,1% artıb.