15:23 - 3.06.2022
3 iyun, Fineko/abc.az. Yasamal rayonu Qədirli küçəsində yaşayan sakinlər evlərinin söküləcəyini bildirib.
ABC.AZ xəbər verir ki, bu barədə onların yerli mətbuata şikayətlərində qeyd edilib. Sakinlər evlərin hansı tarixdə söküləcəyini bilmirlər. Bir müddət əvvəl küçədəki evlər siyahıya alınsa da söküləndən sonra evlərin əvəzinə sakinlərə kompensasiya verilib-verilməyəcəyi və digər məsələlər hələlik qaranlıq qalıb. Məsələ ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətindən yerli mətbuata bildirilib ki, həmin ərazidəki evlər plana uyğun olaraq söküləcək.
“Bizə verilən göstərişə əsasən orada yerləşən bütün fərdi yaşayış evlərini qeydiyyata almışıq. Orada yerləşən evlərin əksəriyyəti sənədsiz evlərdir.
“Flame Towers” yanında yeni açılan parkın davamı salınacaq. Bir layihə kimi planda var”, - deyə bildirilib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026