14:34 - 1.06.2022
1 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı aprel ayı ilə müqayisədə 11,1 faiz bəndi artıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin iyunun 1-nə "YouTube"un Azərbaycanın sosial media bazarında payı 31,9% təşkil edib. Bu da ötən ilin müvafiq göstəricisindən 10 faiz bəndi azdır.
Populyarlığına görə "YouTube" ötən ayın nəticələrinə əsasən ölkənin sosial media bazarında birinci yerdədir.
Populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb. Onun istifadəçilərinin ölkə üzrə fəallığı may ayı ərzində 0,7 faiz bəndi azalıb. "Facebook"un Azərbaycan bazarında payı bu ilin iyun ayının 1-nə 27% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 10,1 faiz bəndi çoxdur.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026