Türkiyənin adı xarici dillərdə bundan sonra belə olacaq

10:21 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında məlumat verib.

Nazir qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.

Beləliklə, bundan sonra Türkiyə (“Türkiyə”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.