11:51 - 31.05.2022
31 may, Fineko/abc.az. Azərbaycan biznesinin pərakəndə ticarət və xidmət sektorunun inam indeksində artım varkən sənaye və tikinti sektorunda azalmalar nəzərə çarpıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın aprel ayı ilə bağlı təqdim etdiyi “Real sektorda İşgüzar fəallıq indeksləri” üzrə göstəricilərində qeyd edilib.
Sözügedən göstəricilərdə pərakəndə ticarət sektorunun indeksi 8.5 bənd təşkil edib.
Bu da öncəki ayla müqayisədə 28% artım deməkdir. Xidmət İnam İndeksinə gəlincə burada isə 23% artım qeydə alınıb və 46.9 bənd təşkil edib.
Sənayenin İnam İndeksi mart ayında 5.6 bənd olduğu halda, apreldə neqativ 0.5 bəndə enib.
Tikinti İnam İndeksi isə neqativ 50.4 bənddən 43.2 bəndə qədər azalıb.
Müəllif: Elmir Murad
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026