12:19 - 23.05.2022
23 may, Fineko/abc.az. Bu ilin mart-aprel aylarında Rusiyadan çıxıb, geri dönüş bileti almayan menecerlərin sayı açıqlanıb. Məlum olub ki, bu istiqamətdə kəskin artım var.
Məlumata görə, martda belə biletlərin payı 70%, apreldə isə 47% təşkil edib.
Nəticələr birinci rübdə və 2019, 2021 və 2022-ci ilin aprelində şirkət vasitəsilə həyata keçirilən bir milyondan çox aparılan tranzaksiyaların təhlilinə əsaslanır.
“Fevralın sonundan etibarən İT mütəxəssislərinin böyük axını müşahidə olunur. Ən populyar istiqamətlər qonşu ölkələr olub: Qazaxıstan, Türkiyə, Özbəkistan, İsrail, Ermənistan, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri. Məsələn, İsraildə yaşayış sahəsinə tələbat 2019-cu il səviyyəsini 73% ötüb. Müraciətlərin əksəriyyəti eyni zamanda İT sahəsinə aid olub”, - araşdırmada qeyd edilir.
30 İyul 2026