11:39 - 10.05.2022
10 may, Fineko/abc.az. “Əmək pensiyaları haqqında ikinci oxunuşdan keçmiş layihə ümumilikdə əmək pensiyaçılarının vəziyyətini yumşaltmağa, əlavə imkanlar yaratmağa hesablanıb”.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bunu açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, orada 9-cu maddə üzrə kifayət qədər güzəştlər, eyni zamanda 8-ci maddə üzrə yumşaldıcı hallar nəzərdə tutulub: “Sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə, qəyyumluğu olan şəxslərin əmək pensiyası sisteminə girməyinə güzəştlər tətbiq olunacaq.
9-cu maddə üzrə hüququ yaranan şəxslərə əmsalın azaldılması nəzərdə tutulur ki, bu da ümumi tələb olunan kapitalın həcminin azaldılmasına imkan verəcək. Beləliklə, həmin şəxslər pensiya sisteminə rahat girəcəklər”.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026